Meksikanın Səhiyyə Nazirliyi ölkədə 4 uşaqda ilk kəskin hepatit xəstəliyinin aşkar edildiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, kəskin hepatit ilk dəfə aprelində Böyük Britaniyada yayılıb. Daha sonra bəzi Avropa ölkələrinə, sonra isə Meksikaya yayılıb.
Meksikanın şimalındakı Nuevo Leon əyalətinin səhiyyə naziri dövlət və özəl səhiyyə müəssisələrində müxtəlif yaşlarda 4 fərqli uşaqda kəskin hepatit xəstəliyinin aşkar edildiyini, hələlik onların hamısının vəziyyətinin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, dünya üzrə 450 kəskin hepatit hadisəsi qeydə alınıb. Bunlardan 5-i ABŞ-da, 5-i İndoneziya və 1-i Fələstində olmaqla cəmi 11 uşaqda kəskin hepatit olduğu açıqlanıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...