Dünya

  • 2 169

Ramzanın əlinə fitil, yox-yox daş verənlər...

image

...Bu rusların “səmimiyyəti, humanistliyi” niyə hələ də istənilən kimi təqdir olunmur, inanın ki, başa düşmürəm. Təbii ki, mən burda Sizlərə rusların başqa xalqlara nümayiş etdirdikləri səmimiyyət(?) etibarlılıq(?), filanı haqqında bazar açmaq niyyətində deyiləm, hər halda çoxunuz onları məndən də yaxşı tanıyırsınız.

Budur, belə səmimiyyətin, belə humanizmin son nümunələrindən birinə də “Azovstal”da şahidlik etdik. Belə ki, “təslim olan” yaralı ukrayna əsgərlərinə rusların göstərdikləri “qayğı və nəvaziş” Sizi bilmirəm, amma məni çox kövrəltdi.

Deyəsən, bir az uzandı axı...nə demək istəyirəm?

Deməli, rusların Ukrayna döyüşçülərinə göstərdikləri “sayqı və hörmət” öz yerində, amma neyləyəsən ki, elə ruslar arasında da bunu qəbul etməyənlər, paxıllıq edənlər az deyil. Təbii ki, çaqqlsız ...ötüşmək olmayacaq...

Budur, belə çaq... üzr istəyirəm, “rus qələm əhli”lərindən biri götürüb yazır ki, sən demə, “Azovstal”da “könüllü təslim olanlar” arasında, Çeçenistanın rəhbəri, “Putinin sadiq silahdaşı” Ramzan Kadırovu öldürməklə hədələyib, onun qızları haqqında pis-pis danışan bir yaraqlı da varmış.

...Özü də, utanıb bozarmadan, mən deyərdim, xəcalət belə çəkmədən onun ad və familiyasını da deyib: siravi ukraynalı əsgər David Kasatkin.

İndi mən yox, Siz deyin: belələrinə nə ad verəsən...təxribatçı, yox bu azdır. Belələri məncə, Emelyan Puqaçev, mən deyərdim lap Aleksandr Radişevdən də təhlükəli təxribatçıdır. Amma...deyəsən çaqqalın adını yuxarıada çəkmişdim deyə, daha burda çəkməyə lüzum görmürəm.

...Özü də görür ki, bu dəqiqə Ramzanın canında olan “vətənpərvərlik”...gəlin belə deyək... “yüksəl dozalı vətənpərvərlikdən canını qoymağa yer tapmır”, bu da Ramzanın əlinə fitil, yox-yox daş verir.

Ağasəf Babayev

Digər xəbərlər