Köşə yazarları Con Folleyn və Alberto Nardelli Qərbin Rusiya lideri Vladimir Putinə güzəştə getməyə hazır olduqlarını bildiriblər. “Bloomberg” nəşri üçün hazırladıqları materiallarında onlar Macarıstandan sonra Avropa İttifaqının bəzi digər ölkələrinin də Rusiya qazının pulunu rublla ödəməyə başladıqlarını qeyd edirlər.
SİA bu barədə rus saytlarına istinad edir.
Jurnalistlər yazır ki, “diqqət Macarıstanın sanksiyaları dəstəkləməkdən imtina etməsi olub, lakin digər ölkələr Putinin rublla qaz ödənişləri ilə bağlı tələblərinə boyun əyirlər”.
Follein və Nardelli Avropa İttifaqında Qərb və Şərq üzvləri arasında parçalanma getdiyini bildirirlər.
Məqalədə daha sonra deyilir ki, diplomatlar və rəsmilər Avropa İttifaqının Rusiyaya ağrılı iqtisadi zərbə vurmaq imkanlarının tükənəcəyindən də getdikcə məyus olurlar .
Qeyd edək ki, bundan əvvəl “Svobodnaya pressa” bəzi ölkələrin Ukrayna ilə bağlı mövqelərinə yenidən baxmağa başladığını yazmışdı.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...