“The American Conservative” qəzeti yazır ki, Ukraynanın sürətləndirilmiş prosedurla Avropa İttifaqına daxil olması mümkün deyil, çünki prinsipcə belə bir prosedur yoxdur və bu prosesin özü birlik üçün fəlakətli ola bilər.
Müəllif daha sonra yazır: “Xüsusi qoşulma proseduru konkret olaraq bu iş üçün Avropa hüququna yad olan xüsusi qanunların qəbulu demək olardı. Bu konkret iş üçün yeni prosedurun yaradılması bütün üzv dövlətlərin siyasi razılığını tələb edəcək”.
Söhbət Avropa İttifaqının standartlarının dəyişdirilməsindən gedir ki, bu da ittifaqın mövcudluğuna zərər verə və təhlükəyə çevrilə bilər.
Nə qədər sərt səslənsə də, Avropa İttifaqı xeyriyyə təşkilatı deyil, genişlənmə mahiyyətcə biznes qərarıdır və humanitar əsaslarla ölkənin buna layiq olub-olmaması əsasında qəbul edilmir.
Qeyd edək ki, bundan əvvəl Dövlət Duması ABŞ-ın Ukraynaya verdiyi silahların məhv ediləcəyini proqnozlaşdırmışdı
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...