ABŞ ordusu hazırda “Stinger” raketlərindən istifadə etmir, lakin orduda bu silahların minimum ehtiyatı olmalıdır. Pentaqon Ukraynaya yardımdan sonra əhəmiyyətli dərəcədə azalmış ehtiyatları artırmaq üçün “Stinger”in daşına bilən hava hücumundan müdafiə sistemlərinin alınması üçün 687 milyon dollarlıq müqavilə imzalayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə cümə günü, mayın 27-də mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Söhbət istehsalçıdan – “Raytheon Technologies”dən 1468 “Stinger” qurğusunun alınmasından gedir. Müqavilə üçün son tarix müəyyən edilməyib, lakin bunun 30 aya qədər davam edəcəyi gözlənilir.
Yuxarıda da qeyd edtdiyimiz kimi, ABŞ ordusu hazırda “Stinger” raketlərindən istifadə etmir, lakin yeni nəsil daşınan hava hücumundan müdafiə sistemləri hazırlanarkən orduda bu silahların minimum ehtiyatı olmalıdır.
Yeri gəlmişkən, “Reuters”in hesablamalarına görə, 2022-ci ilin fevral ayından Ukrayna təxminən 1400 “Stingers” göndərilib.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...