ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişə ölkənin tamamilə məhv edilməsi, kütləvi insan tələfatı və III Dünya Müharibəsi ilə başa çata bilər. O, əmindir ki, münaqişənin bütün tərəfləri sülh müqaviləsinin bağlanmasına diqqət yetirməlidirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazın.
Qərb Ukraynadakı döyüşlərlə əlaqədar Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq edib. ABŞ prezidenti Cozef Bayden Ukraynaya 40 milyard dollarlıq yardım haqqında qanunu imzalayıb. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya “Üçüncü Dünya Müharibəsini açmağa hazır olanların ambisiyalarını soyutmaq üçün” kifayət qədər güclü arsenala malikdir.
Tramp əmin olduğunu bildirib ki, bütün bu hərəkətlər və bəyanatlar Ukraynanı “məhv edir” və vəziyyətin sülh yolu ilə həllinə kömək etmir.
Siz Üçüncü Dünya Müharibəsi üçün stimul yaradıb milyonlarca insanın həyatına son qoyacaqsınız.
Bu müharibənin qalibinin olmayacağını deyən eks-prezident ona görə də Rusiya və Ukrayna danışıqlar masasına qayıtmalı olduqlarını “məsləhət görür”.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...