Latviyada “Ramstein Legacy 2022” hərbi təlimləri başlayıb. SİA “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, təlimlər iyunun 6-dək davam edəcək.
Təlimi NATO Hərbi Hava Qüvvələri Komandanlığı təşkil edib. Təlimdə Latviyanın Hava Qüvvələri, Quru Qoşunları, Milli Qvardiyasının 300 hərbçisi, həmçinin İtaliya, Çexiya və ABŞ-dan olan hava hücumundan müdafiə döyüşçüləri iştirak edəcək.
Qoşunların döyüş hazırlığı bir sıra ölkələrin - Polşa, Litva, Estoniya və Latviyanın ərazisində və hava məkanında keçiriləcək.
“Təlimlər Avropanın müxtəlif ölkələrində keçiriləcək və mürəkkəb, real situasiya şəraitləri əsasında hazırlanıb. Bu ilin məqsədi bölmələrin qarşılıqlı fəaliyyət qabiliyyətini və hazırlığını gücləndirməkdir ki, bu da müvafiq olaraq müttəfiq ölkələrin ərazilərinin, qüvvələrinin, əhalisinin raketlərdən və ya havadan təhdid, həmçinin hücumdan müdafiəsi, eləcə də mühafizəsini gücləndirəcək”, - “RALY 22”-nin mətbuat xidmətindən qeyd ediblər.
Məlumdur ki, təlimlərə NATO-nun hərbi təyyarələri, yaxın mənzilli hava hücumundan müdafiə sistemləri, o cümlədən “RBS-70”, STINGER və AVENGER cəlb olunub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...