BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası iyunun 6-da keçiriləcək. Bu barədə Şuranın çərşənbə günü yayılan iyun ayı üzrə iş proqramında deyilir. İclasın konkret mövzusu hələ açıqlanmayıb.
TASS mənbələrinin məlumatına görə, BMT katibliyinin nümayəndələrinin hazırkı vəziyyətə, o cümlədən humanitar və ərzaq sektoruna dair hesabatları gözlənilir. Təhlükəsizlik Şurasının üzvlərinin baxılması üçün hər hansı konkret təklifin təqdim edilməsi planlaşdırılmır.
Bu arada SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, iyunun 6-da Albaniyanın BMT Təhlükəsizlik Şurasının sədri olduğu da bildiriləcək.
Yeri gəlmişkən bundan bir müddət əvvəl BMT-nin baş katibi Antonio Quterreş Rusiya və Ukraynanın kənd təsərrüfatı məhsullarını dünya bazarına qaytarmadan dünyada ərzaq böhranının həllinin mümkün olmayacağını bildirmişdi.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...