SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çiçək xəstəliyinə qarşı mübarizə üzrə katibliyinin rəhbəri Rosamund Lyuis bildirib.
“May ayında başlayan xəstəlik nəticəsində ölümlə bağlı heç bir məlumat yoxdur. Bununla belə, ÜST 50 ildir ki, Afrika ölkələrində meymunçiçəyi adlı xəstəliyi qeydə alır və ölüm halları hər il baş verir”.








