ABŞ-ın Oklahoma ştatının Talsa şəhərində tibb mərkəzində baş verən atışmada hadisəni törətdiyi iddia edilən şəxs də daxil olmaqla azı 4 nəfər həlak olub.
SİA xəbər verir ki, bu barədə “RİA Novosti” yerli hüquq-mühafizə orqanlarının “Twitter”inə istinadən məlumat yayıb.
“...Biz təsdiq edə bilərik ki, atıcı da daxil olmaqla dörd nəfər Müqəddəs Fransisk xəstəxanasının ərazisində baş verən atışma nəticəsində həlak olub. Polis əməkdaşları binaları yoxlamaqda davam edir”. Qeyd edək ki, bu da hüquq-mühafizə orqanlarının dediklərindəndir.
Bu arada Şəhər Şurasının üzvü Jamie Fowler yerli telekanala şübhəli şəxsin özünü güllələdyini deyib.
...Hazırda zərərçəkənlərin vəziyyəti ilə bağlı məlumat yoxdur. Hüquq-mühafizə orqanları hadisənin baş vermə şəraiti və səbəblərini araşdırır. Hadisəni törədən şəxsin avtomat tüfənglə silahlandığı güman edilirdi.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...