Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Pakistan Baş naziri Şahbaz Şərif ilə görüşüb. Prezident İqamәtgahında baş tutan tәkbәtәk görüşdәn sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olub.
SİA-nın əldə etdiyi məlumata görə, Pakistan Baş nazirinin Türkiyәyә etdiyi sәfәr çәrçivәsindә iki ölkә arasında әmәkdaşlığa dair yeddi müqavilә imzalanıb. İmza mәrasimindәn sonra tәrәflәr birgә mәtbuat konfransı tәşkil ediblәr.
Mәtbuat konfransında çıxış edәn Rәcәb Tayyib Әrdoğan deyib:‘‘Türkiyə ilə Pakistan arasındakı dostluq və qardaşlıq tarixi bağlara әsaslanır. Müstəqillik uğrunda apardığımız mübarizә zamanı Cənubi Asiya müsəlmanlarının verdiyi dәstәyi heç vaxt unutmayacağıq. Milli Mübarizə illərində cehiz və zinət əşyalarını bizə bağışlayan pakistanlı qadınların fədakarlığını heç vaxt unutmamışıq. İki ölkә arasındakı münasibәtlәr 1947-ci ildən etibarәn dostluq və qardaşlıq zəminində inkişaf edir. Bu il Türkiyə ilə Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümüdür. Baş tutan görüşlәrdә ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub. Biz həm ikitərəfli səviyyədə, həm də beynəlxalq platformalarda həmrəyliyi güclәndirmәk mәsәlәsindә qәtiyyәtliyik. Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası ilә bağlı fәaliyyәtlәr davam edir. Epidemiyaya baxmayaraq iki ölkә arasındakı ticarәt hәcmi 1 milyard dollardan çoxdur. İki ölkә arasındakı ticarәt hәcmini 5 milyard dolara çatdırmağı hәdәflәyirik. 2020-ci ilin fevralında İslamabadda imzaladığımız Strateji və İqtisadi Çərçivə sənədi ticarətdən müdafiə sənayesinə qədər bir çox sahәdә davam edən sıx əməkdaşlığımızın əsasını təşkil edir. Xüsusilә turizm, təhsil, logistika, mülki aviasiya, rabitə və informasiya texnologiyaları kimi xidmət sektorlarında əməkdaşlığımızı inkişaf etdirməyə çalışırıq. İnanıram ki, cənab Şerifin bu gün iş adamları ilә keçirdiyi görüşlər qarşılıqlı ticarət və investisiyalarımızın artmasına töhfə verəcək’’.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...