“...Rusiyanın yeni silahları ABŞ üçün ciddi təhlükə yaradır”.
“Washington Times” nəşri bildirir ki, bunu ABŞ Konqresində çıxış edən amerikalı general Qlen Vanherkeyə istinadən yazıb.
SİA bu barədə rus saytlarına istinad edir.
Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının və ABŞ Şimal Komandanlığının rəhbərinin sözlərinə görə, Vaşinqtonun rəqibləri, o cümlədən Rusiya və Çin “ABŞ-ı təhdid edən” silahların yerləşdirilməsini sürətləndirib. Bununla yanaşı, o, yenə də Moskvanı ABŞ ərazisinə “əsas hərbi təhlükə” adlandırıb.
General qeyd edib ki, Moskva bundan əvvəl hipersəs silahlarını, eləcə də yeni uzaqmənzilli raketləri istifadəyə verib. Qlen Vanherke “Rusiya hava məkanından ABŞ-ı vura biləcək” uzaqmənzilli qanadlı raketlərdən də narahatlıq ifadə edib.
O bildirib ki, Rusiyanın “Yasen” sinifli sualtı qayıqları yerləşdirməsi də təhlükə yaradır. Vanherke, xəbərdar edib ki, tabeliyində olan idarələr “tarixdə ən dinamik və strateji cəhətdən mürəkkəb problemlər kompleksi” ilə üzləşirlər.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...