Fransada uşaqlıqda kilsələrdə cinsi zorakılığa məruz qalanlar 60 min avroya qədər təzminat alacaqlar. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Yerli medianın məlumatına görə, keçən il yaradılmış Milli Müstəqil Tanınma və Təzminat Təşkilatı (INIRR) kilsələrdə uşaqlıqda cinsi zorakılığa məruz qalanlara ödəniləcək kompensasiya məbləğini cinsi zorakılığın növü, kilsənin zərər çəkmiş şəxsə münasibəti, cinci zorakılığın qurbanın sağlamlığına mənfi təsiri nəzərə alınaraq müəyyənləşdirəcək.
Qeyd edək ki, INIRR kilsə rəhbərliyi tərəfindən ödəniləcək kompensasiyanın 60 min avrodan çox olmaması qərarına gəlib.
İndiyədək ölkə üzrə 735 nəfər maddi və ya mənəvi zərərin ödənilməsi üçün INIRR-ə müraciət edib.
Ötən il “Kilsələrdə Cinsi zorakılıq Müstəqil Komissiyasının (CIASE) açıqladığı hesabata görə 1950-ci ildən bəri Fransada 330 min uşaq kilsələrdə və himayələrində olan təşkilatlarda cinsi zorakılığa məruz qalıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...