PDF Oxu

Dünya

  • 2 746

Hökumət prezidenti məhkəməyə verib

Hökumət prezidenti məhkəməyə verib

Gürcüstan hökuməti respublika prezidenti Salome Zurabişviliyə qarşı bir sıra ölkələrə səfir təyin etməkdən imtina etdiyinə və nəticədə ölkə Konstitusiyasını pozduğuna görə Konstitusiya Məhkəməsinə müraciət edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS Gürcüstan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Beləliklə, hökumət aparatının rəhbəri Revaz Cavelidzenin sözlərinə görə, Konstitusiya Məhkəməsinə müraciətə səbəb prezidentin hökumətin təklifi ilə bir sıra ölkələrə səfir təyin etməkdən imtina etməsi olub. Nazirlər Kabinetinin fikrincə, səfirlərin təyin edilməsi və onların vəzifədən azad edilməsi Gürcüstan prezidentinin konstitusiya səlahiyyətlərinə aid deyil.

“Hökumət Zurabişvilinin diplomatların təyinatı ilə bağlı müvafiq sərəncamları imzalamaqdan imtinasını qanunsuz hesab edir. Gürcüstan hökuməti səfirlərin, diplomatik nümayəndəlik rəhbərlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlı prezidentlə hökumət arasındakı səlahiyyət bölgüsü ilə bağlı konstitusiya şikayətinə aydınlıq gətirilməsini xahiş edir” - sənəddə deyilir.

Qeyd edək ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası ilə prezident arasında mübahisələr Zurabişvilinin mart ayında hökumətin icazəsi olmadan bir sıra Avropa ölkələrinə etdiyi şəxsi səfərlərdən sonra başlayıb.

Belə ki, hakim partiya dövlət başçısını Konstitusiyanı pozmaqda ittiham edib. Diplomatların adlarını açıqlamasa da, amma onun təyin etdiyi bir sıra səfirlərin təyinatına qarşı çıxıb.

...Xatırladaq ki, gürcü konstitusiyası Gürcüstan prezidentinə nə icra hakimiyyəti, nə də ölkənin daxili və xarici siyasətinin həyata keçirilməsində iştirak etmək səlahiyyətini vermir. Xarici siyasət məsələləri üzrə qərar qəbul etmək səlahiyyəti yalnız hökumətə məxsusdur. Bu, səfirlərin təyin edilməsinə və ya vəzifədən azad edilməsinə də aiddir.

Ağasəf Babayev

Digər xəbərlər