PDF Oxu

Dünya

  • 2 802

“Türkiye” adının işlədilməsi ilə bağlı NATO-ya məlumat verilib

“Türkiye” adının işlədilməsi ilə bağlı NATO-ya məlumat verilib

Türkiyə xarici dillərdə “Türkiye” adının işlədilməsi ilə bağlı NATO-ya məlumat verib.

SİA xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin NATO-dakı daimi nümayəndəliyi keçən həftə NATO-nun baş katibi Yens Stoltenberqə məktub göndərib.

Məktubda “Türkiye” adının xarici dillərdə istifadəsi ilə bağlı məlumatlar yer alıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlu ötən həftənin əvvəlində Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinə göndərdiyi məktubda Türkiyənin xarici dillərdə adının BMT-də “Türkiye” olaraq qeydə alındığını bildirib.

BMT də Türkiyənin istəyindən sonra “Turkey” kimi istifadə edilən ölkənin adını “Türkiye” olaraq dəyişib.

Bundan sonra Türkiyə Avropa İttifaqı qurumlarının müvafiq bölmələrinə nota göndərib və bundan sonra “Türkiye” adının rəsmi olaraq xarici dillərdə istifadə ediləcəyi bildirilib.

Digər xəbərlər