“...Bu arada KXDR lideri Kim Çen In Rusiya Günü münasibətilə təbrik məktubunda Rusiya Federasiyasına tam dəstəyini ifadə edib”.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İzvestiya” portalı Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir.
...Mesajda qeyd edildiyi kimi, Şimali Koreyanın rəhbəri Rusiya prezidenti Vladimir Putinə möhkəm cansağlığı, Rusiya Federasiyası vətəndaşlarına isə gözəl rifah arzulayıb.
Kim Çen In hesab edir ki, Putinin rəhbərliyi altında Rusiya xalqı qarşısına çıxan bütün çətinlikləri uğurla dəf edir, ədalət axtarır, öz dövlətinin inkişaf hüquqlarını qoruyur, təhlükəsizliyini təmin edir.
Bundan əlavə, Şimali Koreya rəhbəri Moskva ilə Pxenyan arasında münasibətləri gücləndirmək və bütün sahələrdə daha da inkişaf etdirmək arzusunu ifadə edib.
Kim Çen In hələ o vaxt Qələbə Günü münasibətilə Rusiya prezidenti Vladimir Putinə göndərdiyi mesajda da Şimali Koreyanın Rusiya ilə “güclü həmrəyliyini” ifadə etişdi.
Xatırladaq ki, ötən ilin sentyabrında Vladimir Putin də Şimali Koreya lideri Kim Çen Inı KXDR-in yaradılmasının 73-cü ildönümü münasibətilə təbrik etmişdi.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...