PDF Oxu

Dünya

  • 2 942

Rusiyanın bombardmanları altında ukraynalı mülki şəxslər təxliyə edilib

Rusiyanın bombardmanları altında ukraynalı mülki şəxslər təxliyə edilib

Ukrayna Milli Polisi Luqansk vilayətinin Privilya şəhərindən Rusiyanın atəşi davam edərkən ukraynalı mülki şəxslərin təxliyə edildiyi anların görüntülərini paylaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyanın Ukraynaya hücumları davam edərkən, Rusiya ordusu hücumlarını Donbass bölgəsində cəmləşdirib.

Luqansk vilayətinin Severodonetsk şəhərindən 25 kilometr şimal-qərbdə yerləşən Privilya şəhərindən Rusiyanın bombardmanları davam edərkən, Ukrayna Milli Polisi Ukrayna vətəndaşlarını təxliyə edib. Polisin paylaşdığı təxliyyə əməliyyatı görüntülərində polisin Rusiyanın davam edən bombardmanlarına baxmayaraq, aralarında yaşlıların da olduğu bir qrup mülki vətəndaşı bir evin sığınacağından sürətlə təxliyyə etdiyi görülüb.

Digər xəbərlər