Brüsseldə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında görüş olub. SİA xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası çərçivəsində baş tutan görüşdə tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq və gələcək planları müzakirə ediblər.
C.Burçuladze türkiyəli həmkarını Gürcüstanın Müdafiə Qüvvələrində həyata keçirilən islahatlar və Türkiyənin hərbi təhsil sahəsində göstərdiyi dəstək barədə danışıb.
Görüşdə Qara dəniz regionunda təhlükəsizlik, bölgədə sülh və sabitlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...