PDF Oxu

Dünya

  • 3 244

Ramzandan KTMT-şniklərə çağırış

image

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov KTMT-yə üzv ölkələrin liderlərini Ukraynadakı vəziyyətlə bağlı vahid mövqenin olmamasında ittiham edib.

SİA bu barədə rus saytlarına istinad edir.

“KTMT-şniklər, niyə susursunuz? Niyə qonşuların haqqında danışmırsınız? Nə üçün sizin əcdadlarınızı öldürən Bandera və faşistlərə qarşı mövqeyiniz yoxdur? Vaxtilə Banderaya qarşı birlikdə vuruşmuşuq. İndi isə heç nə olmamış kimi Amerika və Avropanın sanksiyalarından qorxaraq hamınız susursunuz”.

Beləliklə, Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrin liderlərinə videomüraciət dərc edib. Kadırov həmən videomüraciətdə keçmiş sovet respublikalarının rəhbərlərini birləşməyə və öz sözünü deməyə çağırıb. Yuxarıdakı müraciət də məlum videomüraciətdəndir.

“Dövlət varsa, müttəfiqi var, o qərar verib addım atmalıdır. Belarusu kim xilas etdi? Rusiya. Qazaxıstanı kim xilas etdi? Rusiya. Ermənistanla Azərbaycan arasında müharibəni kim dayandırdı? Rusiya. Rusiyanın köməyə ehtiyacı olanda isə hamınız susursunuz – sanksiyalardan qorxursunuz”, – Kadırov bildirib.

O, yaxın vaxtlarda RF Silahlı Qüvvələrinin Donbassda istədiyi nəticəni əldə edəcəyini və irəliləyəcəyini vurğulayıb.

“Biz dövlətimizi, xalqımızı və bu şeytanların əzabına məruz qalan hər kəsi müdafiə edəcəyik”, - deyə Kadırov yekunlaşdırıb.

Nə demək olar? Bəzən belə də yarınmaq olur…

Ağasəf Babayev

Digər xəbərlər

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Abidə həqiqətən də hərbi bir qurğuya çevriləcək...

Bunu bilmək təhlükəli illüziyaları dağıdır

Portnikov Putinin Ukrayna müharibəsi üçün əsl məqsədlərini açıqladı...

NI: Rusiya Hərbi Dəniz Qüvvələrinin sirləri Ukraynanın əlinə keçib

Faylların bəziləri "məxfi" və "tam məxfi" kimi təsnif edilib...

Putin öz bunkerinə göz dikəcək

Və xalq hər şeylə razılaşacaq...

“Ukraynalı əsirləri Kim Çen Ina təhvil versək necə olar?”

Zelenski əsir götürülmüş Şimali Koreyalıları... düşmənləri Cənubi Koreyaya təhvil verib..?

Putinin yeni eskalasiya planı...

Saxtakar parlament seçkiləri müharibənin davam etməsi üçün bəhanə yaradır...

Rusiya afrikalıları müharibəyə cəlb etməyin yeni bir yolunu tapdı...

Gənc kişilərə “film layihəsi”ndə rollar təklif olunur...

Tramp Qrenlandiya ilə bağlı strategiyasını dəyişib

ABŞ yeni hərbi obyektlər alacaq və adanın statusu eyni qalacaq...

Putin Səddam Hüseyn və Xomeynini üstələdi..?

Hətta Ayətullahın belə qırğını dayandırmaq üçün cəsarəti var idi...