Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Volodimir Zelenski arasında telefon danışığı olub. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsindәn verilәn mәlumatda bildirilib.
Söhbәt zamanı Ukrayna-Rusiya müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.
Rәcәb Tayyib Ərdoğan Ukraynanın taxıl məhsullarının dünya bazarına çıxarılması üçün BMT-nin hazırladığı plan üzərində işləməyə davam etdiklərini bildirib.
Ukrayna ilə Rusiya arasında danışıqlar masasının açıq saxlanılmasının lazım olduğunu bildirən Ərdoğan İstanbul prosesində asanlaşdırma və vasitəçilik də daxil olmaqla, hər cür dəstəyi təqdim etməyə hazır olduqlarını vurğulayıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...