Türkiyənin Muğla vilayətində yenidən meşə yanğını başlayıb.
SİA-nın məlumatına görə, Datça turistik bölgəsində başlayan yanğının söndürülməsi üçün 5 təyyarə, 9 helikopter və 30-dan çox digər texnika cəlb edilib.
Yanğınla mübarizəyə hərbçilər də qoşulub.
Qeyd olunur ki, bölgədə əsən külək yanğının qarşısının alınmasında çətinliklər yaradır. Bölgədən keçən avtomobil yolu hərəkətə bağlanıb.
Xatırladaq ki, Muğla vilayətində iyunun sonunda meşə yanğını baş vermişdi. Həmin yanğın nəticəsində 4,5 min kvadrat kilometrə yaxın meşəlik məhv olmuşdu.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...