Türkiyənin Muğla əyalətinin Datça rayonunda meşə yanğını nəticəsində 19 nəfər xəsarət alıb.SİA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün "Twitter" səhifəsində yazıb.Onun sözlərinə görə, 9 nəfərin müalicəsi davam edir, 9 nəfər artıq evə buraxılıb, 1 nəfərə isə tibbi yardım lazım olmayıb.Kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi, öz növbəsində, bildirib ki, yanğın nəticəsində 2,6 min nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. “Yanğın 500 hektar meşə sahəsini məhv edib", - deyə nazir bildirib.Onun sözlərinə görə, Güclü külək yanğının söndürülməsinə mane olur. Hələlik yanğını nəzarət altına almaq mümkün olmayıb.Qeyd edək ki, Datçada meşə yanğınının söndürülməsinə 10 təyyarə, 20 helikopter, 200-dən artıq digər texnika və 1,2 min canlı qüvvə cəlb edilib.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...