PDF Oxu

Dünya

  • 3 026

İsrail Qəzzaya hava zərbəsi endirib

İsrail Qəzzaya hava zərbəsi endirib

ABŞ prezidenti Co Baydenin bölgəyə səfərindən bir gün sonra İsrail Qəzzaya hava hücumu təşkil edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Co Bayden İsrail və Səudiyyə Ərəbistanını əhatə edən Yaxın Şərq turunu davam etdirərkən, Qəzza yenidən İsrailin hədəfinə çevrilib.
İsrail ordusu şənbə günü səhər saatlarında Qəzzanın mərkəzində HƏMAS-ın idarə etdiyi raket istehsalı müəssisəsini vurduğunu açıqlayıb.
Əl-Cəzirədə yer alan xəbərə görə, hadisə şahidləri ərazinin təlim düşərgəsi kimi istifadə edildiyini bildiriblər.

Digər xəbərlər