PDF Oxu

Dünya

  • 3 976

Müharibə başlayandan 8 milyon ukraynalı AB ölkələrinə gedib

image

Rusiya Ukrayna müharibəsi başlayandan 8 milyon ukraynalı Avropa İttifaqı (Aİ) ölkələrinə gedib.SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlər üzrə məsul üzvü İlva Yohansson bildirib.Bu şəxslərin təxminən yarısı Aİ-nin müvəqqəti mühafizəsində qeydiyyata alınıb.Yohansson Ukraynanın paytaxtı Kiyevə səfəri zamanı Ukraynanın daxili işlər naziri Denis Monastirski ilə birgə mətbuat konfransında ukraynalı qaçqınlar haqqında məlumat verib.Müharibə başlayandan bəri AB ölkələrinə sığınan ukraynalıların sayının 8 milyon olduğunu qeyd edən Yohansson bu rəqəmin bir AB ölkəsinin əhalisi qədər olduğunu bildirib.Yohansson 4 milyon ukraynalının yaşamaq, iş və təhsil kimi imkanlar təmin edən AB-nin tətbiq etdiyi müvəqqəti qoruma üçün müraciət etdiyini və qeydiyyatdan keçdiyini bildirib.Ukraynalıların bir qisminin ölkələrinə qayıtdığını bildirən Yohansson, ukraynalıların öz ölkələri ilə sığındıqları AB ölkəsi arasında da səyahət edə biləcəklərini vurğuladı.

sia.az

Digər xəbərlər

Sankt-Peterburq Ukrayna qüvvələrinin hücumlarına hazırlaşır...

Şəhərdə doqquz metro stansiyası bomba sığınacağı kimi uyğunlaşdırılır...

Çin niyə Misirə pul qoyur?

Pekin üçün Misir regional böhranlar və beynəlxalq sistemin transformasiyası fonunda Yaxın Şərqdə və Afrikada Çinin iştirakını genişləndirmək strategiyasının vacib elementinə çevrilir...

Budanov Rusiyanı Brejnevin xarab olmuş avtomobili ilə müqayisə edib

Budanov Rusiyanı Brejnevin xarab olmuş avtomobili ilə müqayisə edib Hər imperiya eyni şəkildə bitir...

Çin öz sirrinin qurbanına çevrilib...

Pekin Nepalda baş verən faciənin qarşısını ala bilərdi...

Əl-Qaidənin hekayəsi necə bitdi..?

11 sentyabr terror hücumlarının arxasında duran terrorçular özlərini məğlub etdilər...

Ukrayna “inqilabı”nın pərdəarxası...

Jurnalistlər “Qien”lərin Dobassedəki döyüşlərə necə hazırlaşdığını göstərdilər...