İtaliyanın Katanzaro sahillərindən təxminən 15 kilometr aralıda 40 metrlik superyaxta su almağa başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yardım çağırışı üzərinə Avropa Sərhəd və Sahil Mühafizəsi adından bir Rumıniya gəmisi və daha bir patrul gəmisi bölgəyə göndərilib.Geliboludan yola düşərək Milazzoya gedən superyaxtanın 4 sərnişini və 5 ekipaj üzvü xilas edilib. Yedək gəmi ilə limana çəkmək istəyərkən superyaxta tamamilə batıb.İtaliyanın sahil mühafizəsi pis hava şəraitinin superyaxtanın limana çəkilməsini çətinləşdirdiyini bildirib.
Müəllif: Abutel İlhamqızı
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...