PDF Oxu

Dünya

  • 4 557

ABŞ-ın hərbi bazaları atəşə tutulub

ABŞ-ın hərbi bazaları atəşə tutulub

Suriyanın şimalında ABŞ-ın iki hərbi bazası atəşə tutulub.SİA Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının mətbuat xidmətindən bildirilib.Məlumata əsasən, atəşə Qrin-Villic və Konoko bazaları tutulub."Konokoya dəstək missiyasının bir üzvü yüngül xəsarət aldıqdan sonra tibbi yardım alıb və vəzifəsinə qayıdıb. Digər ikisi isə yüngül xəsarət alıblar və hazırda müalicələri davam edir", - deyə mətbuat xidmətindən bildirilib.Qeyd edilir ki, bazaların atəşə tutulmasından sonra ABŞ ordusu cavab zərbəsi üçün helikopterləri havaya qaldırıb, iki və ya üç silahlı məhv edilib.

sia.az

Digər xəbərlər