Dünya

  • 3 372

Turistləri daşıyan avtobus qəzaya düşdü

image

Türkiyənin İzmit bölgəsindəki körpüdə turistləri daşıyan iki mikroavtobus hərəkət zolağının pozulması səbəbindən toqquşub. SİA xəbər verir ki, qəza nəticəsində 8-i xarici ölkə vətəndaşı olmaqla ümumilikdə 11 nəfər xəsarət alıb. Qəza saat 23.30 radələrində İzmitin Kozluk səmtindəki Fabrika küçəsində Seka Park körpüsündə baş verib. Küveytli turistləri daşıyan Musa Yılmazın rəhbərliyi altında hərəkət edən 34 FNC 345 nömrəli turist mikroavtobusu hərəkət zolağını pozaraq qarşı tərəfdən gələn Ahmet Kadıoğlunun rəhbərliyindəki 41 ES 420 nömrəli mikroavtobusla qarşı-qarşıya toqquşub.Faktla bağlı araşdırma aparılır.

sia.az

Digər xəbərlər