Almaniyanın Saksoniya-Anhalt əyalətində yerləşən Harzda Broken dağının yamacından başlayan meşə yanğınlarının gecə saatlarında sürətlə yayıldığı bildirilib. SİA Anadolu agentliyinə istinadla xəbər verir ki, bölgədə 62 hektar ərazinin yanğından zərər çəkdiyi paylaşılan açıqlamada Harz bölgəsinin qubernatoru Tomas Balcerowskinin yanğınla əlaqədar fövqəladə vəziyyət elan etdiyi qeyd olunub.Açıqlamada yanğınla mübarizədə 300 yanğınsöndürənin vəzifə yerinə yetirdiyi, mülki təyyarələr üçün Broken dağı ətrafında 40 kilometr məsafədə uçuş üçün qadağa zonası yaradıldığı vurğulanıb.Yanğınsöndürmə işlərinə 5 helikopterin dəstək verdiyi qeyd edilən açıqlamada Avropa ölkələrindən 2 yanğınsöndürmə təyyarəsi tələb edildiyi paylaşılıb.Açıqlamada Broken dağına çıxışın qadağan edildiyi və yanğınsöndürmə işlərinin bir neçə gün davam edəcəyi haqqında bildirilib.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...