Meksikanın Popokatepetl vulkanında 8 gün ərzində ardıcıl 3 püskürmə baş verib. SİA xəbər verir ki, ötən gecə yerli vaxtla saat 21:21-də Popocatepetl vulkanında püskürmə baş verib. Vulkanın püskürməsi nəticəsində ağzından çıxan lava və külün 3 min metr yüksəkliyə çatdığı bildirilib. "CENAPRED" tərəfindən dərc edilən vulkanın gündəlik fəaliyyət hesabatında, son 24 saat ərzində püskürmə ilə yanaşı, 2 kiçik zəlzələ və 41 qaz və toz çıxışının qeydə alındığı bildirilib. Səlahiyyətlilər, püskürmələr nəticəsində daş və çınqıl düşə biləcəyi üçün vətəndaşlara vulkandan uzaq olmaları barədə xəbərdarlıq edib, ətraf yaşayış məntəqələrində yaşayanlara kül və yağışla baş verə biləcək sel sularına qarşı tədbir görmələrini tövsiyə edib.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...