Analitika

  • 4 178

Engelin əngini əzmək...

image

TƏRS BAXIŞ

Bir neçə gündür ki, Avropa Parlamentinin lüksemburqlu deputatı Frank Engelin Ermənistanda Tatev Manukyan adlı erməni ilə nikaha girməsi barədə məlumatlar yayılıb. Həmn məlumatlarda bildirilir ki, nikah mərasimi Türkiyə ilə sərhəddə - Ermənistanın Ararat vilayətindəki Virap Xoru monastırında keçirilib. Üstəlik, yeni evlənən cütlüyün "xaç atası" Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan olub. Məsələ heç də bu cütlüyün evliliyinin hansı maraqlar baxımından reallaşdırılmasında deyil.

Erməni arsızlığı qədər avropalı həyasızlığı

Məsələ ondadır ki, həmin bu avropalı deputat az öncə işğal altındakı Dağlıq Qarabağ torpaqlarına getmək arzusunda olduğunu bildirmişdi. Hələ bu, harasıdır? Avropa Parlamentinin deputatı, bu azmış kimi, Azərbaycana qarşı döyüşməyə (???!!!-R.N.) hazır olduğunu da həyasızcasına bəyan etmişdi.
"Bu, apreldəki dördgünlük müharibədən sonra idi. Bizim coşqun müzakirələrimizdən sonra Frank dedi: "Azərbaycanlılar bir millimetr də torpaq almayacaqlar, hətta mən hərbi forma geyinməyə məcbur olsam belə", - deyə onun erməni arvadı Manukyan yazmışdı. Erməni haxçisi avropalı deputatın bu sözlərindən sonra ona ərə gedəcəyinə söz verib.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycan tərəfindən beynəlxalq axtarışa veriləndən sonra Engel Azərbaycanın müvafiq orqanlarına və təmsilçilərinə həyasızcasına məktub da göndərmişdi.

Engel bu etirafı etsə də, bir həqiqəti unudub

Ermənipərəst lüksemburqlu deputat Bakını "ona və Avropa Parlamentinin Qarabağın işğal zonasına baş çəkmiş başqa üzvlərinə qarşı qeyri-leqal hərəkətlərdə" ittiham edib. Məsələn, Engel yazıb ki, Azərbaycan Avropa Parlamentinin üç nümayəndəsini - onu, Eleni Teoxarusu və Yaromir Ştetini ittiham edir, yalnız o səbəbə görə ki, onlar "DQR"-də olublar. Engel iddia edib ki, beynəlxalq hüququn heç bir prinsipi "DQR"ə səfərləri qadağan etmir (?!-R.N.) və s. Beləliklə, elə erməni həyasızlığına sahib olduğu üçün erməni haxçisi ilə evlənən, üstəlik, Azərbaycanla müharibədə erməni tərəfində vuruşmaq istəyən Engel bu etirafı etsə də, bir həqiqəti unudub. Engel unudub ki, mümkün müharibə zamanı əyninə Ermənistanın hərbi formasını geyinib işğalçıların tərkib hissəsinə çevrilərsə və həmin vaxt boşboğaz avropalı əngi Azərbaycan əsgərinin yumruğuna tuş gələrsə onun əngi nəinki yerindən çıxacaq, hətta ovulacaq. Bax, onda heç bir Avroparlament deputatı Azərbaycana qarşı həyasızlıq edərək, əngi əzilərək məhv edilmiş Engelə görə haqq-hesab soruşa bilməyəcək! Bilməyəcək ona görə ki, onların psevdoerməni deputatları, bilavasitə, işğalçılıq siyasətinə qurşanıb və üstəlik, erməni terrorunu dəstəkləyib. Engelin sadəcə əngi deyil, bütün vücudu, azad ediləcək torpaqlarımızda çürüyəcək!

Əngini hazırla, Engel...

Tatev Manukyan adlı arvadı isə, onun barəsində hansısa Avropa ölkəsində ayrı bir avrodeputatın qucağında rahlanıb, əngi dağıdılmış Engel adlı əri üçün "esse" yazacaq...
Ancaq Engel əngi dağıdılmadan da Azərbaycanın əlinə keçə bilər. Məlum olduğu kimi, Engel və Avropa Parlamentinin daha iki deputatı Azərbaycanın işğal edilmiş ərazilərinə dəfələrlə qanunsuz səfər etdikləri üçün Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa veriliblər. Həta Engel Dağlıq Qarabağda separatçılar tərəfindən fevralda keçirilmiş psevdoreferendumda müşahidəçi kimi də iştirak etmişdi. Deyəsən, onun vaxtı, həqiqətən də çatıb. Əngini hazırla, Engel...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər