" Xanəndə olaraq 35 il Azərbaycan musiqisini təbliğ edib" Münasibət

"Mirzə Məhəmmədhəsən Azərbaycanın ən gözəl dilbər güşələrindən birində doğulub. O zaman nə şair idi, nə də xanəndə. Şamaxıda doğulan yüzlərlə uşaq kimi, onu da mədrəsəyə dini təhsil almağa göndərirlər. Hələ adının əvvəlində Mirzə olmayan gənc Məhəmmədhəsən azan oxumağı öyrənib. Onun Quranı belə gözəl avazla oxuması həyatında böyük dəyişiklikliyə gətirib". SİA-nın məlumatına görə, bu fikirləri tədqiqatçı alim Gülhüseyn Kazımlı bildirib.Alim əlavə edib ki,həmin şəhərdə yaşayan messenant Mahmud ağa onu öz məclisinə dəvət edir: "Bu andan Məhəmmədhəsənin həyatında dəyişiklik baş verir. Ona muğamın sirlərini öyrədirlər və adının əvvəlinə Mirzə sözünü əlavə edirlər. Bir müddətdən sonra Mirzə Məhəmmədhəsən çox gözəl bir xanəndə kimi yetişir və şöhrəti nəinki Şirvana, hətta Azərbaycanın digər bölgələrinə yayılır. Mirzə Məhəmmədhəsən 35 il xanəndəlik edərək, hər yerdə Azərbaycan musiqisinin qızğın bir təbliğatçısı kimi çıxış edib".

sia.az