“Bizə yaxın olan dövlətlərdə Azərbaycan günləri keçirildiyi kimi, həmin dövlətlərin də Azərbaycanda mədəniyyət günləri keçirilir. Dəfələrlə ölkəmizdə, Rusiya, Belarus, Ukrayna, xüsusilə də türk xalqlarının mədəniyyət günləri keçirilib. Eləcə də qarşılıqlı şəkildə həmin ölkələrdə Azərbaycan mədəniyyəti günləri baş tutub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib. Deputat bildirib ki, bu beynəlxalq jestdir: “Ayrı-ayrı xalqların, dövlətlərin müxtəlif ölkələrdə mədəniyyət günlərinin keçirilməsi mədəni, ictimai, siyasi əlaqələrin təzahürüdür. Buna başqa adla “yumşaq diplomatiya” da deyirlər. Məhz bunun nəticəsidir ki, müxtəlif ölkələrdə bu və ya başqa ölkənin mədəniyyət mərkəzləri yaradılır. Son illərdə Özbəkistanla Azərbaycan arasında bu cür əlaqələr daha da güclənib. Çünki bizim orada mükəmməl bir mədəniyyət mərkəzimiz fəaliyyət göstərir. Bu cür mədəniyyət mərkəzləri adətən səfirliklərin nəzdində olur.Keçirilən mədəniyyət günlərinin bir çox mənada mühüm əhəmiyyətləri mövcuddur. Hər bir xalqın mədəniyyəti digər xalqa lazımdır. Azərbaycanda da bu məsələyə xüsusi diqqət ayrılır. Mədəniyyət Nazirliyi bu istiqamətdə mühüm işlər görür”.
Müəllif: Səbinə Hüseynli
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...
Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib