İqtisadiyyat

  • 3 808

“Aqrolizinq”in mexanizatorlar üçün təşkil etdiyi təlimlər yekunlaşır

image

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin “JonhDeere” markalı pambıqyığan kombaynları idarə edəcək mexanizatorlar üçün təşkil etdiyi təlimlər başa çatmaq üzrədir. SİA xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.Məlumatda deyilir ki, iyulun 23-dən səhmdar cəmiyyərinin Yevlax rayon nümayəndəliyindəki təlim mərkəzində keçirilən təlimlərə 230 mexanizator cəlb olunub. Təlimlərin keçirilməsində məqsəd bu il pambıq yığımının tam itkisiz və vaxtında həyata keçirilməsinə nail olmaqdır.Avqustun 20-də təlimlərin başa çatmasına həsr olunmuş tədbir keçiriləcək və müvəffəqiyyət qazanmış mexanizatorlara sertifikat təqdim olunacaq.

sia.az

Digər xəbərlər