Müxalifət

  • 7 614

Qubad İbadoğludan Müsavata ismarıc - mən tələsmirəm...

image

TƏRS BAXIŞ

Və ya İsa Qəmbər-Arif Hacılı cütlüyü özlərini bu cür "yandırdılar"

2018-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində dağıdıcı müxalifət düşərgəsində ciddi qarşıdurmalar yaşanmağa başlayıb. Xüsusilə, Müsavat partiyası daxilində cərəyan edən çəkişmələr partiyadan kənara çıxmağa başlayıb. Uzun müddət Müsavatda təmsil olunan, hazırda isə oradan ayrılan tərəflər təşkilat rəhbərliyini ittiham atəşinə tutmağa başlayıblar. Məsələn, "Azərbaycan Demokratiya və Rifah Hərəkatı"nın sədri, Müsavatın sabiq başqan müavini, Qubad İbadoğlu seçkilərə namizəd qismində qatılmaq üçün tez olduğunu deyərək, İ.Qəmbər-A.Hacılı cütlüyünə bir növ eyham ünvanlayıb. Daha dəqiq desək, Müsavatın saxtakarlıq yolu ilə seçilmiş başqanıı A.Hacılının son zamanlar sosial şəbəkədə və partiyasına aid saytda seçkilərə hazırlıqla bağlı fikirlər bildirməsi Q.İbadoğlunun hərəkətə keçməsinə səbəb olub.

Qubad İbadoğlu qarşı tərəfdən daha siyasətcil davranıb

Xatırladaq ki, Müsavatın ötən qurultayında məhz İ.Qəmbərin dəstəyi sayəsində saxta yollarla başqan seçilən A.Hacılı sabiq başqanın 2018-ci ildə Müsavatdan namizəd olacağını iddia edir. Hətta bunun üçün qeyri-rəsmi təbliğata da başlayacağını bildirən Hacılı, əslində, bununla özünü "yandırmış" olub. Çünki vaxtından əvvəl bənzər iddia ilə çıxış etməklə, o, suyu daha da bulandırıb. Bu baxımdan, Q.İbadoğlunun "seçkilərə namizəd kimi qatılmağa tələsmirəm" ismarıcı onun qarşı tərəfdən daha siyasətcil olduğunu göstərir. O, həmçinin, bu fikirləri ilə hazırkı Müsavat partiyasının nə qədər ucuz şoumenliklə məşğul olduğunu da bildirib.
"Oradakıların heç birini ciddi siyasətçi hesab etmirəm" -deyən "ADR" sədri bəlkə də bu iki cümləsi ilə Müsavatdakı rəqibinə "ölümcül zərbə" vurmuş olub.
Bəllidir ki, yaxın günlərdə Müsavatdan növbəti istefalar baş verəcək və gedənlərin əksəriyyəti Q.İbadoğlunun bayrağı altına keçəcəklər. Belə olan vəziyyətdə, A.Hacılının və İ.Qəmbərin daha çətin vəziyyətə doğru sürüklənmələri artıq danılmaz faktlarla sübuta yetiriləcək.

RÖVŞƏN

Digər xəbərlər