Siyasət

  • 7 842

Cahangir Məmmədli: "Müstəqilliyimizin təməli AXC-nin yaranmasından qaynaqlanır” AÇIQLAMA

image

"28 May – Respublika günü Azərbaycanın taleyüklü bayramıdır". Bunu SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli deyib.C. Məmmədli bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də söylədiyi kimi, ölkəmizin ən böyük bayramı məhz 28 May-Respublika günüdür: "Respublika günü Azərbaycanda azərbaycanlıların yaşadığı bütün dünya ölkələrində qeyd olunur və təsadüfi deyil ki, bu günlə bağlı ölkə başçısı İlham Əliyev demək olar ki, bütün dünya liderlərindən təbrik məktubu alır. Bu da o deməkdir ki, bütün dünya 28 May Respublika gününün Azərbaycan üçün önəmini çox yaxşı anlayır. Çünki müstəqilliyimizin təməli 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından qaynaqlanır". Ulu Öndər Heydər Əliyev də hər zaman bildirirdi ki, Azərbaycanın dövlətçilik təcrübəsi 1918-1920-ci illərdən qurulub. Çox təəssüf ki, onu əldə saxlamaq mümkün olmadı. Lakin buna baxmayaraq, müasir Azərbaycanın qurucusu olan Ulu öndər həmin təcrübəni yüksək qiymətləndirərək və özünün dünya görüşünü ortaya qoyaraq həyata keçirdiyi uğurlu siyasət nəticəsində hazırda ölkəmiz Qafqazda lider ölkəyə çevrilib. Ümummilli lider qeyd edirdi ki, müstəqilliyi qazanmaq çətindirsə, onu qorumaq daha da çətindir. Bugünkü təcrübə də göstərdi ki, doğurdan da bu müstəqilliyi qorumaq üçün Ümummilli liderə ehtiyac var idi və müstəqilliyimizi məhz Ulu Öndər sayəsində qoruyub saxlaya bildik".C. Məmmədli əlavə edib ki, Azərbaycanın 1918-ci il 28 may dövlətçilik təcrübəsi bu gün bizim üçün hər şeydir: "Çünki biz klassikamıza və adət-ənənələrimizə, eləcə də dövlətçiliyimizə sadiq olan bir xalqıq. Bütün bunlar Azərbaycan xalqının idealıdır və onlar hər gün gerçəkləşməkdədir. Bir sözlə, Ümummilli lider Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin siyasəti nəticəsində dünyada öz nüfuzu və gücünə görə seçilən Azərbaycan bu gün də Cümhuriyyət dəyərlərini yaşadır".

sia.az

Digər xəbərlər