Siyasət

  • 2 926

Bahar Muradova Füzulidə baş verənlərlə bağlı ATƏT PA-nın sədrinə müraciət ünvanlayıb

image

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova ermənilərin iyulun 4-də Füzulinin Alxanlı kəndində törətdikləri təxribatla əlaqədar ATƏT Parlament Assambleyasının sədri Kristina Muttonenə müraciət ünvanlayıb. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bu gün keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, məktuba müvafiq sənədləri və şəkilləri əlavə edib: "Müraciətdə ATƏT PA-nın münaqişəni daim diqqətdə saxlaması və öz nümayəndəsi vasitəsilə bu məsələnin daha ciddi dəyərləndirilməsi, belə təxribatların baş verməməsi üçün addımlar atmasınını təmin etməsi bildirilib".Bütün ölkələrin parlamentlərarası dostluq qruplarına müraciətlərin təqdim edildiyini deyən B. Muradova söyləyib ki, baş verənlərlə əlaqədar beynəlxalq səviyyədə məlumatlandırma davam edir: “Mülki şəxslərə qarşı yönəlmiş belə qəsdlər, təxribatlar nəinki pislənməli, onların aradan qaldırılması və Ermənistan qoşunlarının təmas xəttindəki təxribatlara son qoyulması və məsələnin həlli ilə bağlı aidiyyatı qurumların addımlar atması təmin edilməlidir”.

sia.az

Digər xəbərlər