Siyasət

  • 3 306

“Ermənistan xəritədən silinə bilər”

image

“Hesab edirəm ki, təkcə Ermənistanda olan ermənilər yox, bütün dünya erməniləri ayağa qalxmalı, Ermənistan xalqını, dövlətini bu rüsvayçılıqdan qurtarmaq üçün Sarkisyan və onun kimiləri, onun komandasını hakimiyyətdən uzaqlaşdırmalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Onun sözlərinə görə, Sarkisyan kimilər layiqli cəzalarına çatmalıdırlar: "Ermənistanda etiraz aksiyalarının daha da alovlanacağına inanıram. Ermənistan cəmiyyətində hakimiyyətə qarşı etiraz aksiyaları çoxdan olmalı idi. Xalq inadından dönməməli, geri çəkilməməlidir. Ermənistan xalqı cəhd etməlidir ki, hakimiyyətdəki bu zir-zibili süpürüb atsın və Ermənistan Cənubi Qafqazda başqa dövlətlərlə əməkdaşlıq və tərəfdaşlıq şəraitində yaşasın”.E.Məmmədovun fikrincə, əgər Sarkisyan hakimiyyətini davam etdirsə, Ermənistan dövlətinin xəritədən silinməsi məsələsi ortaya çıxa bilər: "Çünki bu gün ermənilər imkan tapan kimi baş götürüb Ermənistandan qaçır. Ona görə də Ermənistan vətəndaşları bu aksiyaları davam etdirməli, hazırkı hakimiyyətdən xilas olmalıdır”.Qeyd edək ki, aprelin 13-dən etibarən İrəvanda S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilir. Artıq etirazçılar hökümət binasını mühasirəyə alıblar.

sia.az

Digər xəbərlər