Siyasət

  • 4 215

Aydın Mirzəzadə: "Bu gün cəmiyyətdəki bütün məsələlər Prezidentin diqqətindədir" MÖVQE

image

"Azərbaycan prezidentinin növbəti dəfə aktual məsələyə dair müşavirə keçirməsi bu gün cəmiyyətdəki bütün məsələlərin Onun diqqətində olduğunu göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.O bildirib ki, müşavirədə əsas məsələlərin açıq, prinsipal şəkildə müzakirə edilməsi, problematika ilə tanış olması hər kəsin diqqətini cəlb etdi: “Dövlət başçısının müşavirədə çıxışı zamanı vətəndaşlara həmin vəziyyətdə anlayış və dəstəyinə görə təşəkkür etməsi, ölkə rəhbərinin siyasətinin mərkəzində hər zaman sadə insanların durduğunu göstərir”.Deputat söyləyib ki, Ölkə başçısının müşavirədə energetika sahəsində problemlərin qısa zamanda aradan qaldırılması üçün verdiyi tapşırıqlar bir daha böhranla üzləşməyəcəyimizi göstərir.A. Mirzəzadənin sözlərinə görə, həm hökumət üzvləri, həm də cəmiyyət özü üçün yəqin etdi ki, Azərbaycanın inkişafına mane olan istənilən faktor qısa zamanda həyatımızdan götürüləcək.“Ölkəmizin inkişafına kömək edən istənilən yenilik, maraqlı təklif dövlət başçısı tərəfindən dəstəklənir və həyata keçiriləcək. Heç bir şübhə yoxdur ki, cənab prezidentin verdiyi tapşırıqlar əsasında ilk növbədə enerji sektoru xaricdən gələn mütəxəssislərin iştirakı ilə ciddi təftiş olunacaq, zəif yerlər tapılacaq və onların aradan qaldırılması, tədbirlər görülməsi barədə məruzə ediləcək. Bir daha bizim üçün aydın oldu ki, məhz müstəqil dövlətçiliyimiz Azərbaycanın qarşısında duran problemlərin yüksək səviyyədə həllində kömək edən əsas faktdır. Həmçinin vətəndaşlar bu gün ölkənin xarizmatik problemlərdən xəbəri olan və onların həllinə dair konkret və səmərəli proqramı olan bir lider tərəfindən idarə olduğu nümayiş olundu”, - deyə deputat qeyd edib.

sia.az

Digər xəbərlər