Siyasət

  • 3 657

Mülazim Pahsa: Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir

image

Sentyabrın 15-də Bakının azad olunmasının 100 illiyi münasibətilə keçirilən təntənəli parad Azərbaycanın və Türkiyənin sürətli inkişafının, eləcə də xalqlarımızın birliyinin nümayişidir. Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir.

Bu sözləri İzmirdəki Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyinin sədri Mülazim Pahsa söyləyib. Bildirib ki, o, hərbi paradı elə paytaxtımızda izləyib. Məhz bu məqsədlə Anadolu Aydınlar Ocağının təşkilatçılığı ilə Bakıya səfər etdiyini diqqətə çatdıran M.Pahsa deyib ki, Nuru paşanın və silahdaşlarının ruhunu şad etmək üçün bundan düzgün addım ola bilməzdi. Bu möhtəşəm paradı seyr edən insanların çöhrəsindəki sevinci görmək qürurverici idi. İnsanların əsgərini, prezidentini, əldə olunan hər bir nailiyyəti böyük məhəbbətlə qarşılaması çox sevindirici haldır. “Bakıda keçirilmiş bayram mərasiminin bir sıra özəllikləri var. Əlbəttə ki, onlardan ən başlıcası Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ali kürsüdə təmsil olunmaları və çıxışlarında təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı kəskin bəyanatlar ünvanlamalarıdır”.
Azərbaycan və Türkiyə birliyinin bütün dünya üçün örnək, sülh və qardaşlıq çağırışı olduğunu deyən Mülazim Pahsa əminliklə qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası yüzillər boyu xalqlarımızın və ölkələrimizin firavanlığını təmin edəcək.

yapşorgşaz

Digər xəbərlər