Siyasət

  • 5 010

"Azərbaycanda pulsuz ingilis dilli məktəblər açılmalıdır"

image

“Ölkəmizdə yeni rus dilli məktəblərin açılması barədə qərarı təqdir edirəm. Amma bununla yanaşı, ölkəmizdə inglis dilinin öyrənilməsinə də ehtiyac var və bu dilin öyrənilməsi ilə bağlı dövlət proqramı qəbul edilməlidir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxşı zamanı deyib.O bildirib ki, Azərbaycanda ingilis dilli məktəblər var, lakin onlar çox bahalıdırlar: “İngilis dilli pulsuz məktəblərin olmasına ehtiyac var”.Rusiyanın Azərbaycanda daha 3 universitetinin filialını açmaq niyyətində olduğunu deyən Q.Həsənquliyev vurğulayıb ki, dünyanın ilk 200-lüyünə daxil olan ali məktəblərin ölkəmizdə filialının açılması istiqamətində işlər görülməlidir.Bundan əlavə deputat çıxışı zamanı xaricdə təhsil alan tələbələrin Azərbaycanda işləməsi məsələsinə toxunaraq söyləyib ki, çox təəssüf ki, xaricdə təhsil alan tələbələr ölkəmizə qayıtdıqdan sonra burada əmək haqqının azlığına görə, burada çalışmaq istəmir, yenidən xarici ölkələrə qayıdırlar: “Həmin uşaqlar üçün fərqli maaş təklif etmək olar. Biz dövlət orqanları, idarə və təşkilatlar üçün belə bir imkan yaratmalıyıq ki, fərqli əmək haqqı imkanları yarada bilsinlər. Xaricdə təhsil alan tələbələr kadr ehtiyatı kimi geri çağırılmalıdır”.

sia.az

Digər xəbərlər