Siyasət

  • 3 051

Mübariz Əhmədoğlu: “Eleni Teoxarusla bağlı vəziyyət fərqlidir" ÖZƏL-RƏY

image

“Düşünürəm ki, qanlı separatçılıq və etnik təmizləməni təşviq edən əməllər həm də şüurla, beynlə bağlı məsələlərdir. Əksər normal adamlar yəni dünyanın elitası, siyasəti ərazi bütövlüyü prinsipini dəstəkləməyə yönəlib. Çünki bu sabitliyin bir əsasıdır. Amma adam var ki, ruhi xəstədir və onun müəyyən problemləri var. Bunlar əvvəldən axıra qədər də separatçılığı dəstəkkəyirlər”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, Eleni Teoxarusla bağlı vəziyyət fərqlidir: “E.Teoxarusun Albaniya Respublikasında adının “qara siyahı”ya salınması əslində onun Ermənistanla, Dağlıq Qarabağla bağlı mövqeyini gizlətmək üçündür. Yəni onun əsas məqsədi Qarabağ ermənilərinə müstəqillik əldə etməkdir. Çünki bilirsiniz ki, Kipr özünü tarixən Osmanlı imperiyasından əziyyət çəkmiş xalqlar sırasında görür və ermənilərlə təxminən özlərini müttəfiq bilirlər. O baxımdan onlar özlərinə borc bilirlər ki, ən azı erməniləri də özləri kimi müdafiə etsinlər. Yunanıstanda, Kiprdə də belə adamlar var. Bu mənada Eleninin əsas məqsədi Dağlıq Qarabağ ermənilərinə, separatçılarına dəstək verməkdir. E.Teoxarus tək erməni mövzusunda özünü fokslandırmaq istəmir. Yəni o istəmir ki, adı yalnız erməni məsələsində, Qarabağ məsələsində hallansın. İşin də əsas mahiyyəti anti-osmançılıqdır. Osmanlı imperiyası yoxdur amma Osmanlı imperiyasının düşmənləri indi də var və onunla da vuruşub”.

sia.az

Digər xəbərlər