Siyasət

  • 3 787

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir

image

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Kaliforniyada görüşləri davam etdirir.

Dövlət Komitəsindən bildiriblər ki, nümayəndə heyəti Los-Ancelesdə Lənkəran Monterey Dostluq Assosiasiyasının icraçı direktoru Nensi Selfric ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının Lənkəran və ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərlərinin qardaşlaşmasından söhbət açılıb, Montereydə ölkəmizin daha yaxşı təbliği üçün həyata keçirilən işlər və perspektivlər müzakirə edilib.
Növbəti görüş Türkiyənin Los-Anceles şəhərindəki baş konsulu Can Oğuzla olub. Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulluğunda keçirilən görüşdə Kaliforniya ştatındakı türk diaspor təşkilatlarının rəhbərləri və fəalları da iştirak ediblər. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Azərbaycan və türk diaspor təşkilatlarının əməkdaşlığının daha peşəkar və effektli koordinasiya edilməsi məqsədilə birgə fəaliyyət istiqamətləri müzakirə edilib, diaspor fəaliyyətinə strateji yanaşma nəzərdən keçirilib.
Dövlət Komitəsinin nümayəndə heyəti daha bir görüşü Amerika Yəhudi Komitəsinin Los-Anceles bölməsinin rəhbərləri ilə keçirib. Görüşdə Yəhudi Komitəsinin dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da diaspor ilə iş metodları, bu sahədəki mövcud çətinliklər, uğurlar və gələcək planlardan söhbət açılıb. Yəhudi diasporunun təcrübəsinin öyrənilməsi imkanları və mexanizmləri müzakirə edilib.
Keçirilən görüşlərdə Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Nəsimi Ağayev də iştirak edib.

yap.org.az

Digər xəbərlər