Siyasət

  • 3 142

"Dəyişikliklər Ermənistanın bu qurumdan çıxmasına səbəb ola bilər" ÖZƏL-ŞƏRH

image

"Ermənistanın zamanın KTMT qarşısında qoyduğu təhdidləri nəzərə almaması, fərdi yanaşması isə KTMT-nin Nizamnaməsinin preambulasının I və VI bəndlərinin, eləcə də VIII və IX maddələr daxil olmaqla bir neçə maddəsinin pozulmasına gətirib çıxaracaqdır. Nəticədə Nizamnamənin XX maddəsi işə düşəcək: Əvvəlcə Ermənistanın fəaliyyəti dayandırılacaq". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Politoloqun sözlərinə görə, Ermənistanın Nizamnaməyə əməl etməməsi davam edərsə KTMT-dən xaric ediləcək: "Nizamnaməyə görə bu səsvermələrdə Ermənistan iştirak edə bilməz. Ermənistan isə tam əmindir ki, qərarlar konsensusla qəbul olunur və Azərbaycanın bu qurumda müşahidəçi olmasına icazə verməyəcək. Ermənistanın anti-Azərbaycan fəaliyyəti birmənalı şəkildə KTMT-nin səmərəliyinin azalmasına yönələn kimi Ermənistan KTMT-dən uzaqlaşdırılacaqdır.Buna isə kifayət qədər digər əsaslar da var. Ermənistan KTMT-yə demək olar ki, heç bir töhfə verməyib. Üzv olduğu qurum KTMT olduğu halda Ermənistan NATO missiyası ilə keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib. Müqayisə etsək KTMT-yə ayrılan resurs heç 10 faiz təşkil etmir.Əfqanıstanın Mərkəzi Asiya regionlarındakı sərhədlərindən tutmuş Şimali Qafqaz, Rusiya və Azərbaycan sərhədlərinə qədər ərazisi İŞİD terrorçularının diqqət mərkəzindədir.Ermənistan və Ermənistanın mənsub olduğu coğrafiyada da KTMT-yə təhdid kimi qəbul edilən məsələlər var:I. KTMT rəhbərliyi, o cümlədən RF rəsmiləri bir neçə dəfə bəyan etdilər ki, Yaxın Şərq regionundan terrorçular qaçqın adı ilə KTMT ərazisinə daxil olublar. Yeganə üzv dövlət Ermənistandır ki, onun ərazisinə Suriyadan qaçqınlar daxil olub. Onların bir qismi Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilibII. İslam radikalizminin Ermənistana daxil olma ehtimalı böyükdür, bunun artıq əlamətləri görünür və Ermənistan rəhbərliyi özü bu mövzuda danışır.III. Radikal islamçılığı qəbul etmiş, milliyyətcə erməni Rusiyanın Ermənistandakı hərbçilərindən birini öldürdü.IV. Erməni mətbuatının yazdığına görə İran-Ermənistan sərhədinin Arazqırağı hissəsi, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın 2 vətəndaşı İrandan Dağlıq Qarabağa narkotika keçirmək istəyərkən yaxalanıb.Ermənistan KTMT-nin müasir tələblərini yerinə yetirməkdə acizdir.Ermənistan terrorçular üçüm kifayət qədər cəlbedici dövlətdir. Çünki Ermənistanda İD-kart, xarici pasport açıq satışdadır və bunu da terrorçular bilirlər.Terrorçular Ermənistan ərazisinə gələrək dünyanın digər dövlətlərinə, o cümlədən Rusiyanın ərazisinə girmək üçün sənəd əldə edə bilərlər".

sia.az

Digər xəbərlər