Siyasət

  • 3 013

"Ankarada keçirilən görüş özlüyündə vacibdir" ÖZƏL-MÜNASİBƏT

image

"Ümumiyyətlə Türkiyənin Ankara şəhərində keçirilən Rusiya, İran və Türkiyə dövlət başçılarının görüşü kimi digər görüşlər də adətən qısa müddətdə regiondakı proseslərə heç bir təsir göstərmir". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib."Həm tərəflər arasında müəyyən ziddiyyətlərin olması, həm də regionda təmsil olunan siyasi qrupların, siyasi oyunçuların müxtəlif maraqları imkan vermir ki bu üçlüyün əldə etdiyi hansısa bir addımlar, qərarlar faydalı olsun. Amma digər tərəfdən Ankarada keçirilən görüş özlüyündə vacibdir. Çünki Türkiyə həmin bu regionda aktivlik göstərir. Hətta son vaxtlar Rusiyanın siyasi rəsmiləri bəyan edirlər ki, Suriyada müharibə bitib. Lakin əslində bu heç də belə deyil. Çox güman ki, onlar müharibənin bitməsini istəyərək bunu deyiblər. Baxmayaraq ki, ziddiyyətlər var amma digər tərəfdən çalışırlar ki, hansısa ortaq məxrəcə gəlsinlər. Bu istəyin özü-özlüyündə dialoqun saxlanılmasına imkan verir və tərəflərin bir-biri ilə toqquşması risklərini minimuma endirir. Belə vəziyyətdə əsas nailiyyət elə məhz budur”, - deyə, İ.Vəlizadə fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər