Siyasət

  • 3 239

"Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu" ÖZƏL-MÜNASİBƏT

image

"25 il bundan əvvəl 1994-cü ilin 20 sentyabrında Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra məlum oldu ki, Əbülfəz Elçibəy və Rəsul Quliyev tərəfindən neft haqqında müqavilələr bağlanıb. Lakin müavilə çox cüzi xarakter daşıyırdı və Azərbaycan xalqının mənafeyinə xidmət etmirdi. Ona görə də Ulu öndər bunların hamısı ləğv etdi və yenidən “Əsrin müqaviləsi”nin bağlanmasına nail oldu". Bunu SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov deyib.T.Əhmədovun sözlərinə görə, “Əsrin müqaviləsi” imzalanan zaman bizim şimal qonşularımız bizə gülürdü ki, bücəsində 5 manatı olmayan bir dövlət “Əsrin müqaviləsi”ni necə reallaşdıra bilər: "Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi, dünyaşöhrətli siyasətçi olması, nüfuzunun olması, Onun bir şəxsiyyət olması və s. Rusiya tərəfindən nəzərə alınmırdı. Ona görə də Ulu Öndər onları dəvət edəndə neft maqnatları Azərbaycana gələndə və ölkəmizdə müqaviləni imzalayanda ilkin olaraq 12 və nəhayət 33 nəfər də əlavə neft şirkətləri bu müqaviləni imzaladılar. “Əsrin müqaviləsi”nin imzalanması əlbəttə ki, Azərbaycanın xeyrinə idi və ölkəmizin gələcəyi naminə idi. Azərbaycanda başlanılan işlər 12 il müddətində artıq öz bəhrəsini verdi. 2006-cı ilin mayın 8-də ilk dəfə olaraq Ceyhandan tankerlər Avropaya axışdı. Neftdən gələn vəsaitlər isə artıq Azərbaycana gəldi və həmin ildən ölkəmizin demək olar ki, inkişafı başladı. Təbii ki, bu inkişaflar hamısı göz önündədir. Məsələn bütün bunları götürməyənlər var və onlar görülən bu işlərə qara don geyindirməyə çalışırlar. Azərbaycanda xeyli sayda məktəblərin, Olimpiya İdman Komplekslərinin, səhiyyə ocaqlarının tikintisi, eyni zamanda yolların çəkilməsi və s. hamısı neft məhsullarından gələn axıcılığa görə idi.Ümummilli Lider Heydər Əliyev demişdir ki, “Nə qədər ki, Azərbaycan var, Mən də varam”. Doğurdan da Ulu Öndərin Azərbaycanda gördüyü işlər misilsizdir, əvəzolunmazdır. Eyni zamanda onun davamı olaraq cənab Prezident İlham Əliyev 2017-ci ilin sentyabrın 14-də “Əsrin müqaviləsi”nin davamını təşkil etdi. Əgər Ümummilli Liderin vaxtında bu müqavilə 2025-ci ilə qədər bağlanmışdısa, ölkə başçısı İlham Əliyev bunu 2050-ci ilə qədər bağladı. Bu çox böyük bir strateji əhəmiyyətdən xəbər verir. Ümidvaram ki, Azərbaycan bütün dünya ölkələrinin içərisində millətinin az olmasına baxmayaraq çox böyük strateji xəttə qol qoyub".

sia.az

Digər xəbərlər