Siyasət

  • 3 764

Destruktiv qüvvələr beynəlxalq təşkilatların və səfirliklərin mövqelərini təhrif edirlər - BRİFİNQ

image

“Destruktiv qüvvələrin ölkəmizə qarşı təzyiqi Azərbaycanın beynəlxalq münasibətləri inkişaf etdikcə, dünyadakı rolu artdıqca, bir az da artır.” SİA xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün brifinqdə bildirib.Səməd Seyidov Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə xələl gətirmək istəyən qüvvələrın göz qabağında olduğunu deyib və bildirib ki, hətta daxildən də bu cür qüvvələr çalışırlar ki, ölkəmizin münasibətlərinə xələl gətirsinlər.“Danışıqlar prosesini Azərbaycan ən yüksək səviyyədə aparır və Avropa İttifaqına daxil olan ölkələrlə ölkəmiz birbaşa strateji əməkdaşlıq müqavilələri imzalayır. Münasibətlərimiz Avropa İttifaqının özü ilə də ən yüksək səviyyədə təşkil olunub. Destruktiv qüvvələr isə Səfirliklərə, beynəlxalq təşkilatların Bakıda fəaliyyət göstərən nümayəndəliklərinə müraciət edərək müxtəlif görüşlər keçirir, həmin təşkilatların və səfirliklərin mövqelərini təhrif edərək öz maraqlarına uyğun şəkildə ictimaiyyətə təqdim edirlər. Belə təxribatçı addımlar atan bu qüvvələr Azərbaycanın həm beynəlxalq təşkilatlarla, həm də ayrı-ayrı ölkələrlə münasibətlərini gərginləşdirmək məqsədi güdürlər”, deyə Səməd Seyidov bildirib.Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Azərbaycanda fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatların nümayəndəliklərinin obyektiv mövqe nümayiş etdirmək üçün kifayət qədər imkanlara malik olduqlarını da vurğulayıb.“Beynəlxalq təşkilatların və səfirliklərin adlarından yanlış bəyanatlar verən destruktiv qüvvələr onların mövqelərini öz mövqelərinə süni şəkildə uyğunlaşdırmaqla Azərbaycan vətəndaşlarında ölkəmizin beynəlxalq əlaqələri ilə bağlı yanlış fikir formalaşdırmağa, onları çaşdırmağa çalışırlar. Görünən odur ki, destruktiv qüvvələr yeni taktika seçiblər və onlar bilməlidirlər ki, bütün bunlar təxribatdır və biz buna qarşı çıxırıq. Qanunun aliliyinin, demokratiyanın, insan haqlarının beynəlxalq təşkilatlarda və müxtəlif qurumlarda ali dəyərlər kimi müdafiə olunmasından istifadə edən həmin qüvvələr öz mövqelərini ölkəmizdə fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların mövqeləri kimi təqdim etməyə, Azərbaycan vətəndaşını çaşdırmağa cəhd göstərirlər ki, bununla da onlar qeyri-qanuni addımlar atırlar. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, həm Avropa İttifaqında, həm Avropa Parlamentində, həm də Avropa Şurasında bu münasibətlərin daha da inkişaf etdirilərək yeni müstəviyə qaldırıldığını görən destruktiv qüvvələr bütün bunları qəbul etməyərək bu cür təxribatlara əl atırlar. Onların adlarından çıxış edən, mövqelərini təhrif edən destruktiv qüvvələrin bu cür təxribatçı addımlar atmaqla Azərbaycanın münasibətlərinə xələl gətirilməsinə cəhd göstərmələrini həmin beynəlxalq təşkilatlar və ölkəmizdəki səfirliklər nəzərə almalı və buna qarşı çıxmalıdırlar”, deyə Səməd Seyidov diqqətə çatdırıb.

sia.az

Digər xəbərlər