Sosial

  • 3 766

Azərbaycan Sahibkarlar Konfederasiyasının V Qurultayı keçirilir

image

Bakıda Azərbaycan Respublikasi Sahibkarlar (Işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V Qurultayı işə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə ilk öncə iqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini oxuyub.Daha sonra nazir deyib ki, ölkədə qeyri-neft sektorunun inkişafı üçün mühüm addımlar atılır, bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarlara dövlət dəstək verir: “Aqrar sahədə sahibkarlar bütün vergilərdən azaddırlar”.Ş.Mustafayev Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) yaradılmasına diqqət çəkərək, biznesin inkişafı üçün qarşıdakı illərdə də tədbirlər görüləcəyini qeyd edib.

sia.az

Digər xəbərlər