Analitika

  • 4 877

Qarabağda baş verənlərə Kremllə mollaların təsiri varmı? SİYASİ RAKURS

image

Britaniyalı jurnalist Nil Uotsondan və fransız tarixçisi Maksim Qauendən diqqətçəkən şərhlər

Məlum olduğu kimi, martın 5-də Qarabağda törədilmiş erməni təxribatı arxasında Rusiya sülhməramlıları kontingentinin (RSK) də təsirinin olması barədə informasiyalar mövcuddur. Lakin bu anda digər suallar da yaranır – yalnız RSK-amı..? Belə ki, bu məsələdə İran faktorunun da mövcudluğu bənzər sualları yaradır.

RSK torpaq yolla ermənilərin silah keçirmələrinə şərait yaradır ki, yeni silahlı münaqişə başlanılsın

Britaniyalı jurnalist Nil Uotsin bir sıra maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, yuxarıda qeyd edilən insidentin başvermə səbəblərindən biri Rusiyanın Azərbaycanın deputatı vasitəsi ilə qarabağlı ermənilərlə dialoqa getməsidir. Bu baxımdan, jurnalist belə qənaətə gəlir ki, məhz RSK torpaq yolla ermənilərin silah keçirmələrinə şərait yaradır ki, yeni silahlı münaqişə başlanılsın.

Britaniyalı jurnalistdən fərqli olaraq fransız tarixçisi və politoloqu Maksim Qauen digər fikirlə şərh irəli sürüb. O, belə bir iddiadan çıxış edib ki, Ermənistanın İran və Rusiya ilə anlaşmasının yeganə səbəbi Türkiyə qarşısında olan qorxusudur.

Ermənistan həm də İran üçün dünyaya çıxış qapısıdır

Fransız politoloqun sözlərinə görə, ermənilər sülh razılaşmasına qarşıdır və həmin məsələdə onları dəstəkləyən də, məhz İranla Rusiyadır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması isə mollalarla Kremlin separatçılara və onların bizneslərinə təsirini zəiflədir.

İsrael Hayom nəşrinə danışan tarixçiyə görə, Ermənistan həm də İran üçün dünyaya çıxış qapısıdır. Belə ki, Tehran öz məhsullarını cənubdan - Birləşmiş Ərəb Əmirlikləri üzərindən çıxarmaq imkanına malik deyil. Ona görə də bunu Ermənistan üzərindən reallaşdırır. “Bu mənada, insident və toqquşmalar da bu səbəbdən yaşanır. Lakin biz sülh istəməyən separatçılarla hərbçiləri sülhdən imtina etməyən Paşinyan və hökumətindən ayırmalıyıq”, deyə Maksim Qauen bildirib.

Rövşən RƏSULOV

Digər xəbərlər