PDF Oxu

Araşdırma

  • 6 278

VOMA terror qruplaşması: azyaşlı erməni uşaqları qatil kimi yetişdirilir! ARAŞDIRMA+FOTOFAKT

image

Ermənistanda faşizm ideologiyası hakimiyyət səviyyəsində təbliğ olunmaqdadır

BİRİNCİ YAZI

Mövzunu tanınmış erməni blogeri, Azərbaycanla sülhün bərqərar olması üçün səsləndirdiyi ədalətli çağırışlarına görə Ermənistanda davamlı olaraq təhdidlərə məruz qalan İşxan Verdyanın fikirləri ilə başlamaq yerinə düşərdi. Belə ki, Ermənistan cəmiyyətində faşizm xarakterli daşnak və terror siyasəti bu gün də qüvvədə qalmaqdadır.

Bu gün Ermənistanda İkinci dünya müharibəsi dövründə Hitler Almaniyasının əlaltısına çevrilmiş njdeçilik ideologiyasının yaşadılması da, əslind,ə belə qənaətə gəlməyə zəmin yaradır ki, bu ölkədə mövcud olan daşnakçılıq siyasəti faşizmlə paralellik təşkil edir. Həmçinin, qonşu ölkələrin ərazilərinə olan iddialar da nəticə etibarı ilə bu həssas regionu yarana biləcək növbəti təhlükələrdən sığortalamır.

İşxan Verdyan: "Belə bir təəssürat yaranır ki, ölkə tamamilə faşizmlə nəfəs alır"

Bu baxımdan, İşxan Verdyan bildirib. SİTAT:Problem onda deyil ki, bütün ermənilər daşnakçılıq ideologiyasını bölüşürlər - əslində, bu, doğru deyil, onların əksəriyyəti “dənizdən-dənizə” ideyası ilə yaşamırlar. Problem ondadır ki, ermənilərin çoxu kiçik istisnalar olmaqla bu ideologiyaya qarşı deyillər. Bu cür olan halda belə bir situasiya yaranır ki, döyüş ruhunda olan təxribatçılar İrəvanın mərkəzində faşizmi rahatlıqla təbliğ edə bilərlər. Və bu, yerdə qalan əhalinin loyallığı, həmçinin, hüquq-mühafizə sisteminin fəaliyyətsizliyi çərçivəsində baş verə bilər. Belə bir təəssürat yaranır ki, ölkə tamamilə faşizmlə nəfəs alır. Mən inanıram ki, Ermənistanda faşizm təbliğatına qadağa qoyulan kimi, yəni dövlət özünü dövlət kimi göstərən andan ölkədə çox şey dəyişiləcək. Və biz burada ölkənin əsas problemini görürük – Paşinyan hökumətinin həmin problemi birdəfəlik inkar etməsini”.

Əslində, İşxan Verdyanın həqiqəti, danılmaz reallığı əks etdirən bu fikirləri də göstərir ki, Ermənistanda hansı siyasi baxışlı dairələrin iqtidarda olmalarına rəğmən, ölkədə istər Daşnaksyutyun, istər Qaregin Njde, istərsə də ASALA, Yerkrapa, Hnçak, Vrej və s. ideologiyaları özlərini bütövlükdə faşizm xarakteri ilə birləşdirib. Təkcə bir faktı qeyd edək – bu gün İrəvann mərkəzində faşizmin əsas cəlladlarından biri olan Qaregin Njdenin hündür abidəsi dayanır (?!-R.R.)

Terrorçu yetişdirən VOMA Ermənistandan sonra Qarabağda da fəaliyyətə başlayıb

Və bu gün Ermənistanın müxtəlif bölgələrində çoxsaylı “hərbi hazırlıq” adı altında düşərgələr fəaliyyət göstərir ki, həmin düşərgələrdə, əslində, növbəti zamanlara terrorçu nəsillər yetişdirilir. Məqsəd bəllidir – revanşizm, qisas və qonşuların ərazilərinə olan iddiaları reallaşdırmaq cəhdləri. Bu, faktiki olaraq terrorçuluq siyasətinin fərqli nümunəsidir. Belə təşkilatlardan biri də VoMA-dır.

Maraqlısı da budur ki, 44 günlük müharibədən sonra yoxa çıxan bu yarı hərbi qurumun yenidən aktivləşməsi müşahidə edilir. Üstəlik, yalnız Ermənistanda deyil, həmçinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan Qarabağ ərazilərində, yəni separatçıların, qanunsuz silahlı dəstələrin olduğu yerlərdə.

Xatırladaq ki, bu hərbləşdirilmiş qruplaşmanın fəaliyyəti Beynəlxalq məhkəmənin də diqqətini cəlb edib. Bu instansiyanın 2021-ci ilin 7 dekabrında adıçəkilən qruplaşma ilə bağlı çıxardığı müvafiq qərarına baxmayaraq, Ermənistan VoMA-nı və onun kimi digər təşkilatı – POGA-nı ləğv etməyib.

Bundan əlavə, diqqətçəkən faktlardan biri də budur ki, adıçəkilən qruplaşmalara azyaşlı uşaqlar cəlb edilirər. Yeri gəlmişkən, bununla bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibinə yazdığı rəsmi məktubunda da bildirilir. Bildirilir ki, BMT-nin Baş Assambleyasının Təhükəsizlik Şurasının sənədində bütün irqçi diskriminasiyaların ləğv edilməsi ilə bağlı qəbul olunmuş Beynəlxalq konvensiyaya rəğmən adıçəkilən qruplaşmalar fəaliyyətlərini davam etdirirlər. Bütün bunlardan sonra VoMA-ya bağlı rəhbər şəxslər inadla iddia etməyə başladılar ki, bu qurum müstəqildir və rəsmi İrəvana bağlı deyil. Ancaq buna baxmayaraq, faktlar tamamilə fərqli məqamları əks etdirir. Üstəlik, bu faktlar məhz VoMA-nın rəsmi resursları tərəfindən təqdim olunub. Həmçinin, üçüncü tərəf də var ki, onlar nüfuzlu Le Fiqaro və Mirrorspectator nəşrləridirlər.

VOMA azyaşlı uşaqları silahlandırır

Azyaşlı uşaqların adıçəkilən qruplaşmaya cəlb edilməsi faktında Ermənistanın millətlərarası münasibətləri qızışdırmaq siyasəti dayanır və bu danılmazdır. Lakin daha bir fakt budur ki, hətta azyaşlı uşaqların öz istəkləri ilə VoMA-ya üzv yazdırılması belə onların hüquqlarının pozulması anlamını daşıyır. Daha dəqiq desək, bu fakt uşaqların beynəlxalq sənədlərdə qeyd edilmiş hüquqlarını birmənalı olaraq pozur.

Misal üçün, sənədlərdə qeyd edilmiş və qəbul olunmuş prinsiplərdə vurğulanır ki, Cenevrə Konvensiyasının 1949-cu ildə qəbul edilmiş bəndlərinə görə, uşaqlar silahlı münaqişələrdə müdafiə olunmalı və onlar hər hansı hərbi məqsədli işlərə cəlb edilməməlidirlər. Bu barədə Cenevrə Konvensiyasna 1977-ci ildə digər protokollar da əlavə edilib. 1989-cu ildə qəbul edilmiş uşaqların hüquqları Konvensiyasında və 2000-ci ildəki Fakultativ protokolda da vurğulanıb ki, uşaqların hərbi münaqişələrdə iştirakları qadağan edilir.

Əlavə protokolun 77-ci bəndinə əsasən vurğulanır: “Uşaqlar xüsusi qayğı obyekti olmalı və onlara qarşı istənilən uyğunsuz cəhdlərin qarşısı alınmalı, uşaqlar müdafiə olunmalıdırlar”. Göründüyü kimi, Ermənistan bu qərarların heç birinə, ümumiyyətlə, məhəl qoymur.

Bəs nə baş verir? Ermənistan nəinki indiki zamanda, ümumiyyətlə, onilliklər boyunca, hətta müstəqillik qazandıqdan dərhal sonra uşaqların münaqişələrdə istifadə edilməsi metodundan geniş şəkildə yararlanıb. Belə bir siyasət xüsusi təşkilatçılıq və sistematiklik sayəsində reallaşdırılır.

VoMA, POGA kimiqruplaşmalar həm müharibədən əvvəl, həm də sonrakı dövrlərdə Ermənistanda və separatçıların qaldıqları Qarabağ ərazilərində ardıcıl fəaliyyətlərini davam etdirməkdədirlər. Və maraqlı məqamlardan biri də budur ki, həmin ərazilərə yalnız Ermənistandan olan uşaqlar deyil, həm də digər ölkələrdən cəlb edilmiş azyaşlı uşaqlar da cəlb olunurlar. Bu məsələdə xarici ölkələrdə güclü fəaliyyəti ilə seçilən erməni diasporu da ayrıca fəal canfəşanlıqlar göstərir.

Xatırladaq ki, “Əsgər uşaqlar” Beynəlxalq təşkilatı özünün 2008-ci ildə hazırladığı hesabatında bir diqqətçəkən faktı önə sürüb. Bildirilib ki, İrəvanın şəhərətrafı kasıb qəsəbəsində fəaliyyət göstərən məktəblərin birində hərbi hazırlıq dərsləri daha tez başlayıb. 11-12 yaşlarında olan 18 oğlan uşağının və 6 qız uşağının təhsil aldıqları sinifdə hərbi hazırlıq dərsrlərinə başlanılıb. Xüsusilə, ata-anasız olan yetim uşaqların hərbi hazırlığa cəlb edilmələri “məktəb intizamının yaxşılaşdırılması” adı altnda gizlədilib.

Bu faktlar isə sübut edir ki, Ermənistanda hansı iqtidarın olmasına baxmayaraq, VoMA və s. kimi hərbiləşdirilmiş silahlı təşkilatların fəaliyyəti dövlət və hakimiyyət səviyyəsində dəstəklənir. Əgər belə olmasa idi bu qruplaşmaların fəaliyyətlərinə birdəfəlik son qoyulardı. Lakin göründüyü kimi, bu, heç də belə deyil...

Rövşən RƏSULOV

(Ardı var)

Digər xəbərlər