Vüqar İlham oğlu Babayev Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycan xalqının qürur yeri olan şəhidin anası Sevil Qulam qızı Babayeva ilə görüşüb. Belə ki, İcra başçısı əslən Lənkərandan olan, lakin hazırda Bakıda yaşayan şəhid anasını Lənkəran şəhərindəki yeni mənzilində ziyarət edib.
Ziyarət zamanı icra başçısı şəhid ailəsinin qayğı və problemləri öyrənib, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu, onlara göstərilən diqqət və qayğının prioritet təşkil etdiyini vurğulayıb.
Şəhid anası Sevil Babayeva da öz növbəsində onlara göstərilən davamlı dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətini hər zaman gördüyünü deyib, Ali Baş Komandana və dövlətimizə dərin təşəkkürünü ifadə edib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Ürək və sümük sağlamlığı üçün...
Son söz sizindir...
Kosmosdan balta: alimlər bir artefakt tapdılar və onun yerüstü mənşəyini müəyyən etdilər...
Baxışlar və üz ifadələri gərginliyi azaltmağa və anlayışı yaxşılaşdırmağa kömək edir...
Qalanları isə “itaət fabriklərinə” çevrilir...